Məmur 5 il qadının 83 min manat pensiyasını ələ keçirib - MƏHKƏMƏ
10:14 03 İyun 2020
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, R.Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə ittiham verilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 786
Oxşar xəbərlər
- Məmuru intim görüntüləri ilə şantaj edənlərə hökm oxunub
- Məmurun evindən 13,5 ton qızıl tapılıb
- Məmur otağında “cadu təmizləyən” şəxs Əli Kərimlinin qohumu imiş – SENSASİON FOTOLAR + VİDEO
- Məmur oğlu söyüşə görə həbs edildi
- Məmura yarım milyon “atan” şəxsin cəzası uzadıldı
- Məmurlar niyə badam yeyir? - İnanılmaz faktlar
- Məmurun kabinetini qarət etmək istəyən şəxs kimdir?
- Məmurun 150 min manatını oğurlayan dəstə məhkəmə qarşısında
- Məmur olmaq istəyənlər sınağa çəkiləcək
- Məmurların maaşı niyə artmamalıdır? - Ekspertdən açıqlama