Xose Bernardonu bıçaqlayan şəxsin məhkəməsi başlayıb


10:32     03 İyun 2020 20_06_03_1591165960.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış teleaparıcı Xose Bernardonu bıçaqlamaqda təqsirləndirilən Abutalub Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Femida.az -ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirəndirilən şəxsin anket məlumatları dəqiqləşdilib.

Məhkəmə baxışı iyunun 16-a təyin edilib.


Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. A. Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və 1988-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, onlar daha sonra xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

Açar sözlər:

Oxunub: 615