Türkiyə Azərbaycan vətəndaşları üçün vizasız qalma müddətini 90 günə qaldırdı


10:38     03 İyun 2020 20_06_03_1591166437.jpg


Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.


Femida.az xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.

Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər. Bundan öncə Azərbaycan dövləti də Türkiyə vətəndaşları üçün analoji qərar qəbul etmişdi.

Femida.az

Açar sözlər: #Türkiyə   #viza  

Oxunub: 675