Bakıda polis maska taxmayanlara qarşı reydlərə başlayıb
11:19 03 İyun 2020
Bakıda polis maska taxmayanlara qarşı reydlərə başlayıb.
Femida.az-ın məlumatına görə, polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq paytaxtda nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə profilaktik tədbirlər keçirir. Bu məqsədlə nəqliyyat axınının və sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda, qapalı məkanlarda reydlər aparılır.
Polis karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələrini verir, qaydalara məhəl qoymayan, polis qanunu tələblərinə riayət etməyənlərlə bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir. Tibbi maskadan istifadə etməyən vətəndaşlar isə inzibati qaydada cərimələnir.
Qeyd edək ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Bu, Prezident İlham Əliyevin iyunun 2-də təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Sözügedən xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Oxunub: 631
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb