Ehsan Zahidov: “Polisin marağı kimisə cərimələmək deyil”
11:25 03 İyun 2020
“Polisin marağı kimisə cərimələmək yox, vətəndaşların sağlamlığını qorumaqdır”.
Bunu azvision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, vətəndaşlarımızın sağlamlığının və təhlükəsizliyinin müdafiəsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları birlikdə xüsusi karantin rejiminə nəzarəti həyata keçirirlər.
"Artıq dünəndən qəbul olunmuş qərara uyğun olaraq, vətəndaşlarımızın tibbi maska və sosial məsafəyə riayət etməsinə nəzarət ediləcək. Burada polisin marağı kimisə cərimələmək deyil. Məqsəd yalnız vətəndaşların sağlamlığını qorumaqdır. Bunun üçün vətəndaşlar siyahıda olan qapalı məkanlara girərkən, ictimai nəqliyyatdan istifadə edərkən mütləq qaydada tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskalardan istifadə etməyənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati tədbirlər görüləcək. Hazırda ölkədəki bütün apteklərdə tibbi maskalar var. Qiymət də baha deyil. Vətəndaşlarımıza tövsiyə olunur ki, tibbi maskalardan istifadə etsinlər ki, cərimə yazılmasın", - deyə DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə olunacaq.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib