Beynəlxalq aləmdən Ermənistana daha bir QADAĞA


12:36     03 İyun 2020 20_06_03_1591173511.jpg


Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib.


Femida.az Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Avropa üzrə nəqliyyat komissarı Adina Valean bildirib.

Avropa Komissiyasının “qara siyahısı"na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.

Qadağa şirkətlərin beynəlxalq təhlüksizlik üzrə standartlara uyğun fəaliyyət göstərmədikləri üçün tətbiq olunub.

Femida.az

Açar sözlər: #Ermənistan   #qadağa   #Avropa   #uçuş  

Oxunub: 695