Təhsil Nazirliyi abituriyentlər üçün yeni veriliş hazırlayır


13:02     03 İyun 2020 tehsil_nazirliyi_044.jpg

"Teledərslər iyunun 12-də başa çatmayacaq. İyunun 16-dan iyulun 17-dək yeni formatda yenə də efirdə olacağıq".


Femida.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

"Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. - bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləyin", - nazirlik rəsmisi bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 602