Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olundu
14:08 03 İyun 2020
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir. Koronovirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin davam etməsinə baxmayaraq, ötən müddət ərzində Fondun razılıq barədə qərarını əldə edən 233 vətəndaş artıq mənzil seçimini edib və onlardan 115-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.
Fonddan Femida.az-a verilən məlumata görə, bugünədək elektron sistem vasitəsi ilə kirayə mənzil əldə edilməsi üçün müraciət edənlərin sayı aşağıdakı kimidir:
Qeyd edək ki, təhvil verilən mənzillər istisna olmaqla, hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 541 mənzil var. Vətəndaşların tələbi nəzərə alınaraq may ayında Fond tərəfindən yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib. Yeni kompleks Sumqayıt şəhəri, Bulvar küçəsi ünvanında (dənizkənarı park ərazisində) yerləşir. Qeyd olunan kompleks üzrə 74 mənzil vətəndaşlara təklif olunur. Kompleksdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək standartlara cavab verən zəruri şərait mövcuddur.
Bir daha bildiririk ki, Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.
Oxunub: 686
Oxşar xəbərlər
- Kirayədə qaldığı ev yoldaşını öldürən şəxs tutuldu
- Kirayədə yaşayan qadını döyən kişi barədə cinayət işi açılıb
- Kirayə qaldığı evdən oğurluq edən şəxs saxlanılıb
- Kirayə mənzillərə müraciətlər başladı
- Kirayə mənzil üçün müraciətlərin sayı 5 mini keçdi
- Kirayə yolu ilə mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR - BAŞLADI
- Kirayəyə veriləcək mənzillərin siyahısı açıqlandı
- Kirayə mənzillərlə bağlı elektron müraciətlərin tarixi açıqlanıb
- Kirayə mənzil mexanizmi ilə bağlı dövlət fondundan AÇIQLAMA
- Kirayə yaşadıqları mənzili almaq istəyən şəxslərin HÜQUQLARI