İranda koronavirusdan ölənlərin sayı 8 mini ötüb


14:42     03 İyun 2020 20_06_03_1591180977.jpg

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 70 nəfər vəfat edib.

Femida.az-ın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 8012 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 3134 yoluxma halı qeydə alınıb. İndiyə kimi COVID-19-a yoluxanların ümumi sayı isə 160 696 nəfər təşkil edir.



Xəstəlikdən indiyədək 125 206 nəfər sağalıb.

Açar sözlər:

Oxunub: 551