Hesablama Palatası: Büdcənin xərclərinin dekabra düşən hissəsi artıb


15:41     03 İyun 2020 hesablama-palat_com2.jpg

2019-cu ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin 31,7%-i IV rübün payına düşüb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz bəndi çoxdur.

Femida.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, ötən il rüblük məbləğin 55%-i dekabr ayının payına düşüb ki, bu da əvvəlki ilin dekabr ayına nisbətən 11,7 faiz bəndi çoxdur. Belə ki, hesabat dövründə dekabrda xərclənmiş büdcə vəsaitlərinin ümumi xərcləməyə nisbəti 3 faiz bəndi artaraq 17,4%-ə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 597