Tərtər rayonunda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM


16:25     03 İyun 2020 20_06_03_1591187133.jpg

Prezident İlham Əliyev Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az -ın xəbərinə görə, sərəncama əsasən, Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Açar sözlər:

Oxunub: 580