Velosiped və motosikletçilərin təhlükəsizliyi ilə bağlı işlərə 8 qurum cəlb olunub


19:02     03 İyun 2020 2020/06/ecfb32be-3729-4f8f-b947-b6060d269bea_1591190614.jpg

Yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı televiziya və radio verilişlərinin, sosial şəbəkə materiallarının və digər sosial reklamların, habelə nəşrlərin hazırlanması və yayılması, kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, velosipedçilərin, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, belə vasitələrdən istifadə ilə bağlı təbliğat-təşviqat işinin aparılması, həmçinin televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliği nəzərə alınacaq.

Femida.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə velosiped, motosiklet və mopedlərdən istifadə edən sürücülər arasında yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə qaydaları ilə bağlı təbliğat və maarifləndirmə işinin təşkil edilməsi nəzərdə tutulub.

Bununla bağlı icraçı qurum kimi müəyyənləşdirilən Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi (BNA), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq iş aparacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 576