Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırılır


19:25     03 İyun 2020 20_06_03_1591198045.jpg


“Son günlər koronavirusla bağlı yoluxmanın artması müşahidə olunur”.

Femida.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Yoluxmanın dərəcəsi ilə bağlı sağalanlar arasında fərq müşahidə olunur. Yeni bir situasiya yaranıb. Buna səbəb də vətəndaşların karantin rejiminin qaydalarına riayət etməməsidir.

Karantin rejiminin yumşaldılmasının dayandırılması aktuallaşıb. Müxtəlif variantlar müzakirə olunub. Məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər”, - İ.Məmmədov bildirib.

Femida.az

Açar sözlər: #karantin  

Oxunub: 574