Azərbaycanda şənbə və bazar günləri küçəyə çıxmaq qadağan olunur - RƏSMİ


19:38     03 İyun 2020 20_06_03_1591198921.jpg


"Karantin rejiminin yumşaldılmasının dayandırılması ilə bağlı müxtəlif variantlar müzakirə olunub. Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər".

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı is' qeyd edib ki? həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı:

"Müraciətimiz dəyərləndirilib. Narıncı zonada şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib. Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur".

Femida.az

Açar sözlər: #karantin   #qadağa  

Oxunub: 2074