Həftəsonu aptek və marketlər də bağlanacaq - Avtobuslar işləməyəcək


19:45     03 İyun 2020 20_06_03_1591199348.jpg

"Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub".

Femida.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır:

"Apteklərin məsələsi müzakirə olunur. İki gün üçün insanlar tədarüklərini görməlidirlər".

"Ola bilsin ki, bəzi şəxslərə SMS icazəsi verilsin. Bu, əvvəlki qaydada olmayacaq. Yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı ola bilər. İctimai və şəxsi nəqliyyatdan istifadə isə mümkün olmayacaq", - o bildirib.

Qeyd edək ki, Azərbaycanda şənbə və bazar günləri ictimai nəqliyyat da işləməyəcək və tam olaraq evdən çıxmağa qadağa qoyulacaq.

Femida.az

Açar sözlər: #karantin   #qadağa  

Oxunub: 1972