Ermənistanda bir sutkada koronavirusa 697 nəfər yoluxub


09:58     04 İyun 2020 2020/01/koronovirus2_1580468432.jpg

Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.


Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.

“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, - N.Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, son sutkada Ermənistanda COVID-19-dan daha 9 nəfər ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 604