Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)
11:16 04 İyun 2020
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.
Gömrük baxışı zamanı, Türkiyədən gələn "IVECO" markalı avtomobilin salonunda "Leader" markalı 1800 ədəd, Gürcüstandan gələn "DAF" markalı avtomobilin salonunda isə "Marlboro" markalı 9800 ədəd siqaret aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 738
Oxşar xəbərlər
- Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
- Ölkəyə ət idxalı azalıb
- Ölkəyə tapança keçirmək istədilər
- Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alındı
- Ölkəyə qanunsuz telefonların keçirilməsinin qarşısını alındı
- Ölkəyə külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
- Ölkəyə silah və narkotik keçirmək istəyən şəxslər yaxalanıb - RƏSMİ
- Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı
- Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alındı
- Ölkəyə gətirilən bu mallar 15 faiz idxal gömrük rüsumundan azad edildi