Biləsuvarda 17800 manatlıq oğurluq olub


12:04     04 İyun 2020 20_06_04_1591257851.jpg

Biləsuvarda anbardan oğurluq olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki anbarların birindən 5 nəfərə məxsus ümumilikdə 17800 manat dəyərində kosmetik və gigiyenik əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini G.Məmmədova, Biləsuvar rayon sakinləri M.Nərimanov və B.Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 441