Prezident ABAD-ın məhsullarına baxış keçirib - Fotolar


12:12     04 İyun 2020 20_06_04_1591258112.jpg


Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədi “ASAN Həyat” kompleksi və onun nəzdində fəaliyyət göstərən “ABAD Food Hall”-un açılışı baş tutub.

Femida.az-ın məlumatına görə, Ağcabədi “ABAD Food Hall” sayca 5-ci sərgi-satış salonudur. Burada ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı təşkil ediləcək.

Xatırladaq ki, İmişli “ABAD Food Hall” 2018-ci il 22 oktyabr, Şəki “ABAD Food Hall” 2018-ci il 29 oktyabr, Şamaxı “ABAD Food Hall” 2019-cu il 5 dekabr, Kürdəmir “ABAD Food Hall” isə 2020-ci 12 fevralda fəaliyyətə başlayıb.












Femida.az

Açar sözlər: #ABAD  

Oxunub: 741