Cəlilabadda "UAZ" dərəyə aşıb, ölən var


12:20     04 İyun 2020 20_06_04_1591258848.jpg

Cəlillabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 3-də saat 14 radələrində Cəlilabad rayonunun Buravar kəndi ərazisində kənd sakini Sahib Şahmarov idarə etdiyi “UAZ” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 612