Daşkəsəndə qardaş bacısını qətlə yetirib - RƏSMİ


12:41     04 İyun 2020 20_06_04_1591260129.jpg


Daşkəsəndə qardaş bacısını qətlə yetirib.


Daşkəsən rayon Prokurorlıuğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Daşkəsən rayonunda qadın öldürülüb.

Rayonun Əhmədli kəndinin sakini Elgün Abbasova qətlə yetirilib.

E.Abbasovanın qətlinin kim tərəfindən törədildiyi araşdırılır. Belə ki, qadının atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib.

Qadının qardaşı Elvin Abbasov isə hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #qətl  

Oxunub: 731