Bu şəhərlərdə sərt karantin rejimi tətbiq olunacaq
14:07 04 İyun 2020
Aktiv yoluxma hallarındakı artım səbəbindən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
Femida.az -ın məlumatına görə, Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Baş Nazir deyib ki, qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.
“Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq.
Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, - deyə Ə. Əsədov qeyd edib.
Oxunub: 675
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir