DMX yanında Məşvərət Şurası videoiclas keçirdi
15:52 04 İyun 2020
İclasda ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkət rəhbərləri və iş adamları iştirak ediblər.
Femida.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, fəaliyyətin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmini istiqamətində görülən işlərdən danışıb.
Bildirib ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti bitən və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddəti heç bir müraciət tələb olunmadan avtomatik uzadılıb. Notariat və ya ona bərabər tutulan qaydada təsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərin müraciətləri belə təsdiq olmadan da qəbul edilib.
İş adamları pandemiya dövründəki fəaliyyətləri barədə məlumat veriblər. Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətləri yüksək qiymətləndirərək təklif və tövsiyələrini səsləndiriblər.
Videokonfrans müzakirələrlə davam etdirilib.
Femida.az
Oxunub: 645
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
- DMX: Bəzi əcnəbilər qanunun tələblərini pozurlar
- DMX-nin Çağrı mərkəzinə 8 mindən çox zəng daxil olub
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- Ötən ay DMX-a 7208 müraciət daxil olub
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü