“ASAN xidmət” mərkəzləri sabah saat 14:00-dan etibarən işləməyəcək
16:17 04 İyun 2020
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən aidiyyəti “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti də məhdudlaşdırılacaq.
Femida.az-ın xəbərinə görə, Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, həmçinin Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti 5 iyun saat 14:00-dan 8 iyun 2020-ci il saat 09.00-dək dayandırılır.
Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, aprelin 27-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Femida.az
Oxunub: 690
Oxşar xəbərlər
- Ağcabədi “ASAN Həyat” kompleksinin 1 ili - FOTOLAR
- Prezident Naxçıvanda “ASAN xidmət” binasının tikintisi ilə tanış olub
- "1 milyonluq əməliyyatı 190 min manata həyata keçirdik" - Ülvi Mehdiyev
- "ASAN xidmət" işçilərinin 40 faizi qadınlardır
- “ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “Azərbaycan əsgəri, səninləyik” aksiyası - VİDEO+FOTOLAR
- Bu "ASAN xidmət"mərkəzləri şənbə-bazar işləməyəcək
- ABAD kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına antiseptiklər payladı - Fotolar