Bu şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir


16:43     04 İyun 2020 20_06_04_1591274674.jpg

Azərbaycanda həbsdə olan şəxslərdən, hamilə qadınlardan, hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir.



Femida.az xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Qanun layihəsində qeyd edilib ki, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 678