Azərbaycanda aeroportlar iyulun 1-dək bağlı qalacaq


17:14     04 İyun 2020 20_06_04_1591276520.jpg


Bu ilin 1 iyul tarixinə qədər Azərbaycanın hava limanları müntəzəm sərnişin reysləri üçün bağlı qalacaq.


Femida.az bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytına istinadən xəbər verir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı qalma müddətini iyunun 15-ə qədər uzatmışdı. Yalnız iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır.

Femida.az

Açar sözlər: #havalimanı  

Oxunub: 1118