Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər


19:19     04 İyun 2020 20_06_04_1591276941.jpg

Ola bilsin ki, növbəti həftələrdə bayram günlərinə yaxın həftə sonları birləşdirlməklə 2-3 gün günlük qapanmalar tətbiq edilsin.


Femida.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 virusunun yayılmasının azaldılması üçün karantin qaydalarının müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Bununla əlaqədar həftənin sonunda Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini tərk etməsi qadağan edilir.

R.Bayramlı qeyd edib ki, fəaliyətinə icazə verilən qurumlar barədə müvafiq məlumatlar müəssisələrə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 626