Hesablama Palatası: Azərbaycan vətəndaşları adambaşına 1 000 dollar borcludur


18:13     04 İyun 2020 dollarla-krediti-olanlar-ne-etmeli-ekspert-reyi-620x400.jpg

Bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 870,3 milyon manat təşkil edib.


Femida.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Rəyə əsasən, bu, ötən il üzrə ümumi daxili məhsulun (ÜDM) 20,7%-i qədərdir. Adambaşıma düşən borc isə 1 675,8 manat (təxminən 1 000 ABŞ dolları) olub.

Dövlət borcunun 15 454,7 milyon manatı və yaxud 91,6%-i xarici, 1 415,6 milyon manatı və yaxud 8,4%-i isə daxili dövlət borcunun payına düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 892