DİN-dən dəfn icazəsi ilə bağlı açıqlama
20:44 04 İyun 2020
Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az- a verilən məlumata görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590–80–20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət edilsin.
İyunun 6-dan etibarən 8 iyun tarixinədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda, icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq.
Oxunub: 949
Oxşar xəbərlər
- DİN-dən vətəndaşlara maska XƏBƏRDARLIĞI
- DİN-dən bu sürücülərə XƏBƏRDARLIQ: 50 manat cərimələnəcəklər
- DİN-dən qazilərin aksiyası ilə bağlı açıqlama
- DİN-dən xüsusi əməliyyat: Silahlı şəxslər tutuldu
- DİN-dən xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq
- DİN-dən polisin fəaliyyətinə müdaxilə edənlərə XƏBƏRDARLIQ
- DİN-dən əməliyyat keçirdi: 20 narkotacir tutuldu
- DİN-dən toylarla bağlı xəbərdarlıq
- DİN-dən vətəndaşın polisdə döyülməsi ilə bağlı AÇIQLAMA
- DİN-dən sosial şəbəkədə yayılan video ilə bağlı AÇIQLAMA