Milli Məclis 4 məsələyə görə toplanır


09:06     05 İyun 2020 20_06_05_1591333588.jpg


Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.


Femida.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında.

2.“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3.“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Femida.az

Açar sözlər: #MilliMəclis  

Oxunub: 1053