Emin Ağalarov koronavirusa yoluxub


10:41     05 İyun 2020 20_06_05_1591339363.jpg


“Crocus Group”un birinci vitse-prezidenti, Azərbaycanın Xalq artisti, tanınmış müğənni Emin Ağalarov koronavirusa yoluxub.

Femida.az xəbər verir ki, bu barədə o, "İnstaqram" hesabında bildirib.

Hərarətinin olmadığını deyən E.Ağalarov virusa yoluxması haqqında təsadüfən öyrəndiyini vurğulayıb.

“İşə getməyə hazırlaşırdım, odekolon vurdum və heç bir qoxu hiss etmədim. Sonra səhər yeməyi yedim, bütün yeməklərin dadsız olduğunu başa düşdüm”, - deyən Xalq artisti daha sonra həkimə gedərək koronavirus müayinəsindən keçib, nəticəsi müsbət olub.

İki həftə boyunca karantində olan müğənni bu müddətdə məsafədən işləyib.

“Bu, mənim üçün yeni bir hal idi. İki həftə evdə tək idim. Baxmayaraq ki, mən həyatımda heç vaxt, hətta bir dəqiqə də tək olmamışam. Buna görə 40 il ərzində ilk dəfə özümlə görüşdüm. Və bu adamla tanış olmaqdan təəccübləndim",- deyə müğənni etiraf edib.

İndi tam sağalan E.Ağalarovun qanında koronavirus infeksiyasına qarşı antitel təsbit edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 715