Bu rayonun polis rəisi işdən çıxarıldı
11:53 05 İyun 2020
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb.
RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
Məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.
Femida.az
Oxunub: 1067
Oxşar xəbərlər
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
- Ağstafada 87 yaşlı kişini avtomobil vuraraq öldürüb
- Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
- Ağstafada qonşular arasında dava olub
- Ağstafada yol qəzalarında 3 nəfər xəsarət alıb
- Ağstafanın qazla təchizatında fasilə yaranacaq
- Ağstafada qatar gənc oğlanı vuraraq öldürüb
- Baş prokuror Ağstafada vətəndaş qəbulu keçirib
- Baş prokurorun Ağstafada vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib