"Azərsu" həftəsonu xüsusi rejimdə işləyəcək
13:14 05 İyun 2020
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarına uyğun olaraq “Azərsu” ASC 6-7 iyun 2020-ci il tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək.
ASC-dən Femida.az-a verilən məlumata görə, bu tarixlərdə yalnız zəruri istehsal, istismar və xidmət sahələrində çalışanların fəaliyyətinə icazə veriləcək. İşə cəlb olunacaq zəruri və məhdud sayda işçilər müəyyən edilərək elektron icazə portalında (www.icaze.e-gov.az) qeydiyyatdan keçirilib. Həmin işçilərə işə çıxarkən şəxsiyyəti təsdiq edən sənədi və işçi vəsiqələrini üzərində saxlamaları barədə tapşırıq verilib. 06-07 iyun 2020-ci il tarixlərində ictimai nəqliyyatIn hərəkətinə məhdudiyyətlərin tətbiq olunması nəzərə alınaraq fəaliyyətinə icazə verilən işçilərin iş yerlərinə gediş-gəlişi yalnız “Azərsu” ASC-nin xidməti nəqliyyat vasitələri hesabına həyata keçiriləcək.
İstirahət günlərində 955 Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək. Vətəndaşlar su təchizatı, tullantı suları, sayğaclarda yaranan texniki problemlər və digər məsələlərlə bağlı müraciət edə bilərlər. “Azərsu” ASC-nin qəza briqadaları da 24 saat fəaliyyət göstərəcək.
Bununla yanaşı, Cəmiyyətin tabeçiliyində olan bütün struktur vahidlərinin rəhbərləri və işçi heyəti xüsusi karantin rejimi dövründə müvafiq dövlət orqanlarının, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl etmələri barədə məlumatlandırılıb.
Oxunub: 609
Oxşar xəbərlər
- "Azərsun Sənaye Parkı”nda yanğın söndürülüb
- Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb"
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- "Azərsu" ASC-nin əməkdaşını tüfənglə təhdid edən şəxs tutulub
- "Azərsu": “Qarabağda yeni su mənbələri müəyyənləşdiriləcək"
- "Azərbaycanfilm" "Azərsu" ASC-ni məhkəməyə verib
- "Azərsu" Şollar su kəmərinin layihələndirilməsinə 2 mln manat xərcləyəcək
- "Azərsu"da yeni təyinat olub
- “Azərsu” sabahdan gücləndirilmiş iş rejiminə keçir
- Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən fırıldaqçı ifşa olundu