Kürdə batan bir nəfərin axtarışları davam etdirilir


16:31     05 İyun 2020 balik_tutmak_icin_girdigi_suda_boguldu_h123249.jpg

Kürdə batan bir nəfərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Bərdədə Kür çayında yalnız biri batıb. Hazırda onun axtarışları davam etdirilir.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Kür çayında burulğana düşən 4 nəfərdən 1-i boğulub, 3-ü xilas edilib.

Bərdənin Nazırlı kənd icra nümayəndəsi Pərviz Əlizadə APA-ya açıqlamasında bildirib ki, Kür çayında çimərkən burulğana düşənlərin hamısının 18 yaşı var.

Onlar - Mirağazadə Röyal Rafiq oğlu, Əliyev Məhəmməd Elşad oğlu, Süleymanov Şəmistan Xasay oğlu və Göyüşov Ozan Yusif oğludur.

Onlardan 3-ü sudan çıxa bilib. R. Mirağazadəni isə xilas etmək mümkün olmayıb.

Hazırda R. Mirağazadənin axtarışları davam etdirilir.

Açar sözlər:

Oxunub: 847