Dövlət Reklam Agentliyində işçilərin sayı artırılıb
17:36 05 İyun 2020
2019-cu il ərzində Azərbaycan Dövlət Reklam Agnetliyində (ADRA) 492 nəfər işçi çalışıb.
Femida.az xəbər verir ki, bu barədə ADRA-nın 2019-cu il üzrə hesabatında bildirilib.
Qeyd olunub ki, işçi sayı 2018-ci il ilə müqayisədə 65% artıb. Fevral ayında Tovuz, Şamaxı, Ağcabədi RRİ-lər ləğv olunsa da onlara aid ştat sayı saxlanılıb.
ADRA-nın Aparat üzrə 8 nəfər, Bakı ŞRİ üzrə 34, Sumqayıt RRİ üzrə 11, Gəncə RRİ üzrə 21, Lənkəran RRİ üzrə 6, Bərdə RRİ üzrə 18, Şəki RRİ üzrə 10, Quba RRİ üzrə 1, Şirvan RRİ üzrə 17, "İnnova" MMC üzrə 10, "ARTREKLAM" MMC üzrə 26 nəfər işə qəbul edilib.
Agentliyin elan etdiyi Təcrübə Proqramı vasitəsilə 40 gənc fəaliyyətə cəlb olunmuş və onlardan 11-i il ərzində Aparatın İnformasiya texnologiyaları şöbəsində, 19-ı Bakı ŞRİ-də, 2-i isə Sumqayıt RRİ-də uzunmüddətli işlə təmin ediliblər.
Femida.az
Oxunub: 1051
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib