Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək


18:13     05 İyun 2020 2020/06/034548f2-76d4-4310-9e75-15bbd54d25fb_1591366481.jpg

Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək.


Femida.az Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq.

Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.

Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir.

Femida.az

Açar sözlər:

Oxunub: 850