Ölkədə koronavirusdan sağalanların sayı 3871-ə çatdı


20:34     05 İyun 2020 2020/04/1583170210-580482-karantin-450x250_1585737211.png

Azərbaycanda indiyədək koronavirusa yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 3871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Femida.az

Açar sözlər:

Oxunub: 831