Bakı metrosu iki günlük bağlandı


09:04     06 İyun 2020 1437999404_metrokart.jpg

Bakı metrosu həftəsonu fəaliyyətini dayandırıb.

Bu barədə Femida.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq iyunun 6-da saat 00:00-dan iyunun 8-də saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 663