Xaçmazda narkotik becərən şəxs saxlanıldı
10:57 06 İyun 2020
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.aza verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ş.Quliyev həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Femida.az
Oxunub: 715
Oxşar xəbərlər
- Xaçmazda naməlum avtomobil piyadanı vuraraq öldürüb
- Xaçmazda yol qəzası olub, ölən var
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
- Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb
- Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- Xaçmazda “TIR” kişini vuraraq öldürüb
- Xaçmazda oğul atasını qətlə yetirib
- Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib