Bakıda məhkəmə firmanı 25 min manat cərimələdi
11:18 06 İyun 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Yaqub” firması barədə inzibati protokol tərtib edib.
Femida.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi həmin protokola əsasən, şirkətin 25 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan narazı qalan “Yaqub” firmasının nümayəndəsi Lyudmila Səlimova tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda şikayət təmin edilməyib və qərar qüvvədə saxlanılıb.
Femida.az
Oxunub: 637
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb