Naxçıvanda rekord göstərici - Yenə heç kimin borcu yoxdur


13:38     06 İyun 2020 naxcivan1.jpg


Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin may ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin may ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Bildirilib ki, may ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 28 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 279 min 400 manat olub. Cəmi 3 milyon 289 min 600 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,3 faizini təşkil edir.

Femida.az

Açar sözlər: #Naxçıvan   #borc  

Oxunub: 1178