Bakıda polis xroniki xəstəliyi olan şəxsi xəstəxanaya çatdırdı


14:06     06 İyun 2020 20_06_06_1591438658.jpg

Bakının Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılıb.


Femida.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini, xroniki xəstəliyi olan qadının səhhətində qəfil problem yaranıb. Qadının həyat yoldaşı ərazidə xidmət aparan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına müraciət edərək, onlardan kömək istəyib.

Çağırışa dərhal və təxirəsalınmaz müdaxilə edən polis əməkdaşları xəstəni şəxsi avtomobillə xəstəxanaya çatdırıblar.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 663