Tural Gəncəliyev: “AŞPA ikili standartlara daha çox rəvac verən bir platformadır”


15:05     06 İyun 2020 2019/12/tural_genceli_1576138338.jpg


Bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.



T.Gəncəliyev bildirib ki, koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda Dağlıq Qarabağda təşkil olunan “seçki” şousu ən kəskin formada, ədaləti və insan hüquqlarının qorunmasını özünün ali dəyərləri sayan AŞPA tərəfindən kəskin tənqid olunmalı idi.

O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfini dəstəkləmək yolunu tutub:

“Belə olan halda bu qurum hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan danışa bilər?”

T.Gəncəliyev bildirib ki, AŞPA ikili standartlara daha çox rəvac verən bir platformadır:

“Əgər belə deyilsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalır? Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası istiqamətində neçə illərdir ki, bir addım belə atmır. Hesab edirəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir”. Trend

Femida.az

Açar sözlər:

Oxunub: 644