Azərbaycan polisindən nümunəvi addım: Ac qalan quşları yemlədilər


15:47     06 İyun 2020 2020/06/polis-tarqovu2_1591444113.jpg

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərəgahın qəbul etdiyi qərara əsasən şənbə və bazar günləri küçəyə çıxmaq qadağası tətbiq olunub.


Qeyd olunan qərarın icrası Daxili İşlər Nazirliyinə həvalə olunub.

Ölkəmizdə koronavirusun yayıldığı bir vaxtda polis əməkdaşlarının gördüyü işlər insanlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Azərbaycan polisi karantin müddətində nümunəvi xidməti ilə diqqəti çəkdi.

Xüsusilə insanların sıx hərəkətdə olduğu, Bakının mərkəzi rayonu olan Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının işi daha çətin oldu. Buna baxmayaraq polis əməkdaşları vəzifə borclarını layiqincə yerinə yetirməyi bacardı.

Femida.a xəbər verir ki,Azərbaycan polisi təkcə insanlara yox, həm də digər canlılara da qayğı ilə yanaşır.
Elə bu gün Səbail Rayon Polis İdarəsinin iki əməkdaşının şəhərin mərkəzində quşları yemləməsi buna sübutdur. Qeyd olunan foto sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

Sözügedən fotonu şərhsiz təqdim edirik:






Miri Məcidli
Femida.az


Açar sözlər: #polis   #foto   #koronavirus   #karantin  

Oxunub: 2350