Bakıda qadını döyüb, pulunu əlindən alıblar


17:25     06 İyun 2020 qadin_isgence_.jpg

Bakıda qadına qarşı quldurluq edilib.


Femida.az-ın xəbərinə görə, hadisə Səbail rayonu, Əhəd Yaqubov 2 ünvanına qeydə alınıb.

Həmin ünvanda yaşayan 1976-cı il təvəllüdlü Kuçoxudze İrena yaşadığı evin yaxınlığında tanımadığı şəxs tərəfindən döyülərək içərisində pul olan çantası əlindən alınıb.

Hadisə zamanı ağır beyin travması alan qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı Səbail Rayon 8-ci Polis Bölməsində araşdırma aparılır. APA

Femida.az

Açar sözlər:

Oxunub: 935