Göyçayda 30 yaşlı oğlan yaxın qohumunu bıçaqlayıb
19:43 06 İyun 2020
Göyçay rayonunda qohumlar arasında baş verən dava qanla nəticələnib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Natavan küçəsində, avtovağzalın yanında baş verib. Əslən Göyçaydan olan və Bakıda yaşayan, 1990-cı il təvəllüdlü Məmmədov Mirzə Əlibala oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı bacısının kürəkəni, İsmayıllı rayonu Kürdmaşı kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Şəhriyar İlqar oğlunu bıçaqlayıb.
O, bıçaqla Şəhriyar Məmmədovun cinsiyyət orqanını və əlini kəsib. Çoxlu qan itirən Şəhriyar Məmmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Məlumata görə, Kürdmaşı kənd sakini Şəhriyar Məmmədov qaynanasının vəfatı ilə əlaqədar ailəsi ilə birgə Göyçayın Çaxırlı kəndinə gəlib. Dəfn mərasimindən sonra Şəhriyar Məmmədov Çaxırlı kəndində aralarında baş verən dava zamanı həyat yoldaşının dayısı Mirzə Məmmədov tərəfindən döyülüb. Sonra Göyçay rayon avtovağzalının yanında qohumlar arasında baş verən növbəti dava zamanı bıçaqlanma hadisəsi baş verib.
Cinayəti törədən Mirzə Məmmədov hadisə yerindən qaçaraq gizlənib.
Hazırda polis əməkdaşları Mirzə Məmmədovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 958
Oxşar xəbərlər
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Göyçayda məktəb direktoru vəfat edib
- Göyçayda polisə xəsarət yetirilib
- Göyçayda həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır
- Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
- Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb
- Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib
- Göyçayda 25 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb
- Göyçaydan Lənkərana toya gələnlər qəzaya düşdü, ölən və yaralı var