Dünyada koronavirus qurbanlarının sayı 400 mini keçdi


09:41     07 İyun 2020 ebola-virusu-hizla-yayiliyor-6488065_8383_o.jpg

Dünyada yeni növ koronavirusdan ölənləri sayı 400.000 nəfəri keçib, yoluxanların sayı isə 7 milyona yaxınlaşır.

Femida.az-nın məlumatına görə, yoluxma hadisələrinin sayı artıq 6 milyon 900 min nəfəri keçib.

Braziliya və Hindistanda yoluxma halları artmaqdadır. Dünyada qeydə alınan yoluxma hadisələrinin təxminən, 30 faizi və ya 2 milyonu ABŞ-ın payına düşür.

Yoluxmanın 15 faizdən çoxu Latın Amerikasında müşahidə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 665