Bakıda karantin rejiminin qaydalarını pozan səxslər muəyyən olunub


14:11     07 İyun 2020 2020/06/karantin-1_1591265624.jpg

Paytaxtın Nizami xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.


Bu barədə Femida.aza Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəm küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunverciliyə uyğun tədbirlər görülüb.


İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Paytaxtın Binəqədi rayonunda da xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Binəqədi RPİ 6-cı PB əməkdaşları isə rayonun Qabil Süleymanov küçəsində yerləşən “Xəzri” yataqxanasının damında domino oynayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 873