ANS kimləri məhkəməyə verdi?


04:27     23 May 2015 30300.jpg

Bu haqda məlumatı ANS PRESS məlumat yayıb


Femida.az ANS PRESS-ə istinadən xəbər verir ki, son hadisələr çərçivəsində ANS haqqında təhqirə və böhtana yol verən ATV telekanalının əməkdaşı İlkin Həsənli və “azxeber.com” saytı məhkəməyə verilib.

Bu təhqir dolu xəbərləri tirajlayan digər portallar, agentliklər də müəyyənləşdirilərək məhkəməyə veriləcək.

ANS açıq şəkildə bəyan edir ki, bundan sonra da öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər kimsə milli mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək. Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli mənəvi dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük.

Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır ki, hər kəs öz yerini bilsin. Yoxsa, onlara yerlərini biz göstərəcəyik.

Qeyd edək ki, ötən gün ANS-in efirində ATV-nin aparıсısı Mətanət Əliverdiyevanın Bakıda baş vermiş məlum faсiə ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı sərt sujet getmişdi. Sujetdə Mətanət Əliverdiyevanın 15 nəfərin (5-i körpə olmaqla!) ölümü ilə nəticələnən hadisəyə “Bir küləkdi, əsdi keçdi” kimi qiymət verməsinin səbəbləri və aparıcını bu qənaətə gətirən yol təhlil edilmişdi. Bundan sonra ATV-nin əməkdaşı İlkin Həsənli ANS-in ünvanına təhqiramiz ifadələr işlədib. Bir sıra xəbər saytları və portallar bu təhqiramiz fikirləri tirajlayıb.

Açar sözlər:

Oxunub: 791