Gələn həftə 3 gün evdə qalacağıq


18:20     07 İyun 2020 20_06_07_1591539683.jpg

Koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanda paytaxt Bakıda və bir sıra bölgələrdə tətbiq edilən həftəsonu "evdə qal” tədbiri bir müddət davam edəcək.


Femida.az xəbər verir ki, bu həftə yaşayış yerini və olduğu yeri tərk etməmək şənbə və bazar günlərinə tətbiq edildi.

Gələn həftə isə bu qadağanın şənbə-bazar və bazar ertəsi günlərində tətbiq ediləcəyi gözlənilir.

Bazar ertəsi 15 iyun "Qurtuluş günü” – qeyri-iş günü olduğu üçün iyunun 13, 14 və 15-i günlərində "evdə qal” tədbirinin tətbiq olunacağı bildirilir.

Açar sözlər:

Oxunub: 893